Allahşükür Paşazadəyə ali mükafat təqdim olundu

0
235
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmiş Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə ali mükafat təqdim olundu.

İyulun 24-də Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yubiley medalını Qafqaz Müsəlmanları İdarəsində şəxsən Şeyxülislam A. Paşazadəyə təqdim etdi və xoş arzularını bildirdi.