20 yaşlı Məhəmməd dəfnə hazırlanarkən dirildi- İnanılmaz

0
298
Hindistanın Uttar-Pradeş əyalətində həkimlər tərəfindən öldüyü bildirilən  bir gənc müsəlman məzara qoyulmadan öncə həyata qayıdıb.
20 yaşlı Məhəmməd Furkan iyun ayında avtomobil qəzası keçirdikdən sonra süni nəfəs aparatına qoşulmuş halda  komada qalıb. Gəncin ailəsinin reanimasiya şöbəsinə ödəmək   üçün vəsaiti bitdiyində Məhəmməd qurğulardan ayrılıb və həkimlər onun ölməsi faktını təsbit edib.
Oğlanın cəsədi İndiranaqardakı valideynlərinə çatdırılıb və  ailə artıq dəfn üçün hazırlıqlara başlayıb, evdə ağrlaşma səslənib. Gözlənilmədən Məhəmmədin xərək üzərindəki cəsədinin tərpənməyə başlaması doğmaları üçün şok-sürpriz olub.  Valideynlər təcili yardım çağıraraq  gənc müsəlmanı xəstəxanaya qaytarıblar. Həkimlər, Məhəmmədin beyninin ölmədiyini, nəbz və təzyiqə sahib olduğunu və həyatda qalma şansının mövcudluğunu təsbit edib. Hal-hazırda oğlan tibb işçilərinin müşahidəsi altında xəstəxanada qalır.