1 milyon insan evakuasiya ediləcək – DƏHŞƏTLİ SƏBƏBLƏR

0
212

Yaponiyada güclü yağışlar səbəbilə 1 milyondan çox insan evakuasiya ediləcək.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Kaqoşima, Kumamoto, Miyazaki, Ehime əyalətlərində 494 min evdə yaşayan 1 milyon 62 min insanın təxliyəsi barədə qərar qəbul edilib. Mütəxəssislər güclü yağışların torpaq sürüşməsi və selə səbəb olacağını açıqlayıb. Kaqoşimada artıq torpaq sürüşməsi bir qadının itkin düşməsi ilə nəticələnib.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi qatar səfərləri təxirə salınıb, avtomobil yolları hərəkətə bağlanıb.