Əlcəzair Kot-d’İvuarı məğlub etdi – Əlcəzairlilər Parisin mərkəzini dağıtdı – VİDEO

0
190

Əlcəzair əsilli futbol azarkeşləri Parisin mərkəzində kütləvi iğtişaş törədib.

Azarkeşlər Əlcəzair yığmasının Afrika Kubokunun ¼ finalında Kot-d’İvuar yığması üzərində qələbəsini qeyd etmək üçün Yelisey çöllərinə toplaşıblar.

İğtişaşlar gecə yarısı başlayıb. Bir neçə qrup azarkeş yaxınlıqda yerləşən mağazaların vitrinlərini dağıdıb və qarət edib.

Polis kütləyə qarşı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Qeyd edək ki, Əlcəzair yığması Afrika Kubokunun ¼ finalında Kot-d’İvuarı məğlub edib (1:1 – əsas vaxt, 4:3 – penaltilər) yarımfinala vəsiqə qazanıb.