Əgər bu ölkədə xoşbəxt adam tapılsa…-İbrətamiz

0
266
Bir padşah xəstə idi və dedi:
– Səltənətimin yarısını o adama verərəm ki, məni sağaldacaq.
Bunu eşidən bütün müdrik adamlar yığışdılar bir yerə və başladılar müzakirə etməyə ki, padşahı necə sağaltsınlar. Heç kəs bilmədi. Yalnız bir müdrik adam söylədi ki, padşahı sağaltmaq olar. O, dedi:
– Əgər bu ölkənin xoşbəxt adamı tapılsa, onun köynəyini çıxardıb, padşaha geyindirərik. Onda şah sağalacaq!
Şah adamlarını göndərdi öz şahlığında xoşbəxt insanı axtarmağa. Şahın elçiləri uzun müddət padşahlıqla gəzirdilər, lakin elə bir adamı tapa bilmirdilər. Hər şeydən razı qalan heç bircə nəfər də yox idi. Elələri var idi ki varlı idi, lakin xəstə idi; eləsi var idi ki, sağlam idi, amma kasıb idi. Kim sağlam və varlı idi, onun yoldaşı pis idi, ya da uşaqları yaxşı deyildi; hamı nədənsə şikayət edirdi.
Bir gün axşamüstü padşahın oğlu bir daxmanın yanından keçirdi və eşitdi ki, həmin daxmada bir kişi kiməsə deyir:
– Şükür Allaha, yorulunca işlədim, yeməyimi yedim və yatmağa gedirəm; mənə daha nə lazımdır?
Padşahın oğlu sevindi, əmr etdi ki, bu adamın köynəyini çıxartsınlar, əvəzinə isə nə qədər istəyirsə, o qədər də pul versinlər, köynəyi isə padşaha aparsınlar.
Göndərlmiş insanlar gəldilər xoşbəxt kişinin yanına və istədilər onun köynəyini alsınlar; amma xoşbəxt insan elə kasıb idi ki, onun əynində heç köynəyi də belə, yox idi.