Zelenski: Ukraynanı qadınlarımız markaya çevirir

0
193

Ukraynanı yalnız kənd təsərrüfatı, mədənlər, metallurgiya marka etmir, başda qadınlarımız olmaqla, gözəl insanlarımız da ölkəmizi markaya çevirir.

Bunu Parisdə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Dünyada Ukrayna deyilən zaman hər şeydən qabaq ağıla ilk əkinçilik, mədənlər və metallurgiya gəlir. Turistlər hər zaman Ukraynada çox gözəl yerlərin, çox ləzzətli yeməklərin, həmçinin başda qadınlar olmaqla, çox gözəl insanların olduğunu söyləyir. Bəli, bütün bunlar bizim markamız olmağa davam edir”, – o bildirib.

Zelenksi həmçinin onu da qeyd edib ki, Ukraynda İT sənayesi, İT texnologiyaları və şirkətləri sürətlə inkişaf edir.