Yolda ötüşmə bıçaqlanma ilə nəticələndi

0
501

Nəsimi rayonunda 39 yaşlı kişi bıçaqlanıb.

Yaradanquliyev Ayxan Mahmud oğlu rayonun Səməd Vurğun küçəsində avtomobili ilə hərəkətdə olarkən qarşısındakı nəqliyyat vasitəsini ötmə əməliyyatı edərək keçib.

Lakin bu, digər maşında olanların xoşuna gəlməyib. Onlar, A.Yaradanquliyevi saxlayaraq mübahisə ediblər. Daha sonra ona bir neçə bıçaq zərbəsi vurublar.

Qarın nahiyəsinə çoxsaylı bıçaq zərbəsi alan yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.