Yazıçıların poliklinikasında xeyriyyə aksiyası

0
638

Dünən Azərbaycan Yazıçılar Birliyinin nəznindəki poliklinikanın Həmkarlar Təşkilatı və “Dayaq” könüllü xeyriyyə cəmiyyəti tərəfindən birgə xeyriyyə aksiyası keçirilmişdir.

Yazıçılar Birliyinin poliklinikasının bütün həkimlərinin iştirakı etdiyi aksiyada müraciət edən bütün xəstələrin müayinəsi və müalicə tövsiyyələri təmin olunmuşdur. Poliklinikanın baş həkim əvəzi Mətanət Məhərrəmovanın poliklinikanın həmkarlar təşkilatının sədri Nigar Mahmudova ilə birgə təşkilatçılığı sayəsində həyata keçirilmiş bu aksiyada bütün xəstələr məmnunluqlarını ifadə etmişlər.

M. Məhərrəmovanın bildirdiyinə görə, bir çox xəstələrə poliklinikada olmayan müayinə aparatlarında diaqnostika üçün Semaşka adına xəstəxana, Respublika Milli Onkologiya Mərkəzinə və Elmi Tədqiqat Kardeologiya İnstituna, 1 saylı şəhər klinik xəstəxanasına və bir sıra digər dövlət tibb müəssisələrinə ödənişsiz müayinə üçün göndəriş verilmişdir.

“ictimaixeber.az”