Xəzər dənizində neft tankerində partlayış: 3 nəfər ölüb

0
205
Xəzər dənizində, Mahaçqala limanında Rusiyaya məxsus neft tankerində partlayış baş verib.
Hadisə zamanı 3 nəfər ölüb.
Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Gəmi rusiyalı milyarder Vladimir Lisinin “UCL Holdinq”inə məxsusdur. Hadisə zamanı Xəzər dənizinə neft sızıntısı müşahidə olunmayıb.