Türkiyədə gəmi batdı – Boğulanlar var

0
732

Türkiyənin Bursa vilayətində gəmi batıb. İnsident nəticəsində azı 2 nəfərin batdığı bildirilib.

8 nəfərin Türkiyə sahil mühafizə xidməti tərəfindən xilas edildiyi qeyd edilir. Xilas edilənlər arasında əcnəbilərin də olduğu bildirilir, lakin onların vətəndaşlığı açıqlanmır.

Gəmidə hansı səbəbdən qəza baş verməsi və batması barədə hələ məlumat verilmir.

Hazırda suda batanların meyitlərinin tapılması istiqamətində iş aparılır.