Türkiyədən möhtəşəm qələbə: Çempion məğlub edildi

0
250

Avro-2020 seçmə mərhələsi çərçivəsində H qrupunun mərkəzi qarşılaşması keçirilib.

Türkiyə millisi doğma azarkeşlər önündə dünya çempionu Fransa yığmasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şenol Günəşin yetirmələrinin heyətində Kan Ayxan (30) və Cəngiz Ündər (40) fərqləniblər.

Bu qələbədən sonra Türkiyə millisi üç oyuna maksimum xal toplayaraq qrup lideri olub.