Türkiyə ilə Naxçıvan sərhədi bağlandı

0
357

Türkiyə ilə Naxçıvanı birləşdirən Dilucu gömrük keçid məntəqəsində həyəcanlı anlar yaşanır.

Gömrük məntəqəsinin ərazisində əl istehsalı partlayıcı qurğu aşkarlanıb. Dərhal sərhəddə giriş-çıxış qapıları qapadılıb. Ərazidəki insanlar təxliyə edilib, təhlükəsizlik zolağı çəkilib. Partlayıcının məhv edilməsi üçün bölgəyə sapyorlar cəlb edilib.

Hər ehtimala qarşı əraziyə təcili tibbi yardım heyəti də göndərilib.