Tramp kraliça ilə görüşdə protokolu pozdu

0
543

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya rəsmi səfəri zamanı kraliça II Yelizaveta ilə görüşüb.

Amerikalı lider görüş zamanı rəsmi protokol qaydalarını pozub. Belə ki, o, ehmalca kraliçanın kürəyinə toxunub.

Bildirilir ki, D. Tramp, çox güman ki, protokolu instintkiv olaraq pozub – buna qədər o, kraliçaya isti qarşılandığına və gözəl havaya görə təşəkkürünü bildirmiş və ona heyran qaldığını gizlətməmişdir.

Xatırladaq ki, bir neçə il əvvəl ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama da, kraliçanı qucaqlayaraq, rəsmi protokol qaydalarını pozmuşdu.