Tiflis olayları: Bakının önəmi artır

0
204

Gürcüstan-Rusiya münasibətləri pisləşdikcə, Azərbaycanın önəmi artır və yəqin ki, indi Keşikçidağ məsələsi bir müddət arxa plana keçəcək. Çünki rəsmi Tiflisin Azərbaycana indi daha çox ehtiyacı var.

Bu sözləri ekspert Natiq Cəfərli Gürcüstandakı etirazları şərh edərkən qeyd edib. O, Rusiyanın qonşu dövlətlərə təsirinin olduğunu bildirib:

“Ümumiyyətlə, qonşularımızın Rusiya ilə çox yaxınlaşması bizə həmişə bəlalar gətirir. İran Rusiya ilə yaxınlaşanda isə bizə təhlükə artır. Bir müddət əvvəl Gürcüstan Rusiya ilə yaxınlaşan kimi bizə qarşı münasibəti dəyişdi. Onlar Moskvadan uzaqlaşdıqca ölkəmizin siyasi və iqtisadi çəkisi yüksəlir və buna görə də bizimlə daha çox yaxınlaşmağa başlayırlar, Ermənistan isə Moskvanın əyaləti olaraq Rusiya ilə birgə torpaqlarımızı işğal edib, illərdir öz işğalçı rejimini davam etdirir. Nə qədər ki, Rusiyada imperiyalist rejim var, bu hadisələr hələ uzun müddət davam edəcək”.