Tanınmış futbolçuya 14 aylıq həbs – Üstəlik, 1 milyon cərimə

0
287

Türkiyənin “Beşiktaş” futbol klubunun braziliyalı müdafiəçisi Adriano Korrea 14 ay müddətində azadlıqdan məhrum edilib.

Buna səbəb futbolçunun vergilərdən yayınması olub.

İspaniya qanunlarına əsasən, əgər həbs cəzası ilkdirsə və 24 ayı aşmırsa, o zaman sözügedən cəza şərti xarakter alır. Bundan əlavə, Adriano 1 milyon avro məbləğində cərimə ödəməlidir.

Qeyd edək ki, 34 yaşlı braziliyalı İspaniyada “Sevilya” və “Barselona” komandalarının tərkibində çıxış edib. Adriano “Beşiktaş”a 2016-cı ilin iyulunda 800 min avro qarşılığında transfer olunub.