“Soyunanlara, tərbiyəsizlik edənlərə baxın” – İzzət özündən çıxdı

0
738

“43 yaşım oldu. Deyirlər ki, bu niyə qocalmır?” Bu sözləri müğənni İzzət Bağırzadə “Ən yaxşısı” verilişində deyib. İfaçı ona yazılan tənqidlərdən söz açıb:

“Məni həzm edə bilmirlər. Baxır ki, yaraşıqlı görünürəm, şıq geyinirəm. Paxıllıqdan tənqid etməyə başlayır. Yaşımı, yerimi bilirəm. Telekanallarda, İnstaqramda ağzına gələni danışanlara, soyunanlara, tərbiyəsizlik edənlərə baxın. Onlardan danışın. Arxalarına dönüb baxsınlar, vedrələrin, vannaların səsini eşitsinlər, sonra məşhurlara tənqid yazsınlar”.