“Sabah”ın üzvləri Madriddən kubokla qayıdıblar

0
406

İspaniyanın paytaxtı Madriddə keçirilən “Dostluq üçün futbol” sosial layihəsində iştirak edən təmsilçilərimiz Vətənə kubokla dönüblər.

AZƏRTAC xəbər verir ki, Bakının “Sabah” klubunun qapıçısı Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” komandası turniri çempion kimi başa vurub. Digər futbolçu Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin komandası isə yarımfinalda dayandırıb.

“Sabah”ın məşqçisi Samir Əbdürəhmanov “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.

Qeyd edək ki, məşqçimiz və futbolçularımız iyunun 1-də Madridin “Vanda Metropolitano” stadionunda Çempionlar Liqasının final görüşünü də canlı izləyiblər.