Rusiyada zavodda güclü partlayış: 79 yaralı – YENİLƏNİB + VİDEO

0
748

Rusiyanın Nijniy Novqorod vilayətinin Dzerjinsk şəhərində yerləşən “Kristall” zavodundakı partlayışda xəsarət alanların sayı 79-a çatıb.

Bu barədə Gazeta.ru saytı məlumat yayıb.

Bildirilir ki, hazırda xəstəxanalarda 15 nəfər yaralı var. Onlardan birinin vəziyyəti ağır, digərlərinin orta-ağırdır.

17.25

Rusiyanın Nijniy Novqorod vilayətinin Dzerjinski şəhərində yerləşən “Kristall” zavodundakı partlayışda xəsarət alanların sayı 38-ə çatıb.

Bununla bağlı TASS agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, yaralılardan 25-nin vəziyyəti orta-ağırdır. Yaralılar arasında zavod işçilərindən başqa, yerli sakinlər də var.

Yaralıların sayının artacağı ehtimal edilir.

Partlayış anı isə sakinlərdən birinin avtomobilində yerləşdirilən kameraya düşüb.

14:52

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində yerləşən zavodda baş verən partlayış zamanı 19 nəfər xəsarət alıb.

RİA Novosti” xəbər verir ki, bununla bağlı Nijeqorod hakimiyyətinin nümayəndəsi məlumat verib.

Nümayəndənin sözlərinə görə, “Kristall” zavodundakı partlayışda yaralananların xəsarətləri yüngün və orta ağırdır. Bütün yaralılara tibbi yardım göstərilib.

13:48

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində güclü partlayış olub.

RİA Novosti xəbər verir ki, hadisə şəhərin qərb hissəsində, “Kristall” zavodunun trotil istehsalı sexində baş verib.

Xəsarət alanlar barədə məlumat verilmir, partlayışın miqyası və səbəbi dəqiqləşdirilir.