Rusiyada dəhşətli yanğınlar: 80 min hektar…

0
184

Rusiyanın Saxa (Yakutiya) Respublikasında dəhşətli meşə yanğınları başlayıb.

Respublikanın ekologiya nazirliyi yanğınların 80 min hektardan çox ərazini əhatə etdiyini bildirib.

Yanğınların Yakutsk, Verxoyansk, Nyubrinsk, Olekminsk, Tompsonsk və Ust-Aldansk rayonlarını əhatə etdiyi qeyd olunub.

Yanğınların söndürülməsinə 136 nəfər, o cümlədən 12 texnika cəlb olunub.