Ramil Usubov vəkili döyən polislər haqqında ƏMR VERDİ

0
621


Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində vəkil Orxan Kəngərlini döyən polislər işdən çıxarılıb.  

Bunu vəkil Anar Qasımlı bildirib.

Belə ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yaymışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.