Qarışqaları evdən uzaqlaşdırmağın ən asan yolu tapıldı

0
316

Böcəklərə qarşı apteklərdən ya da marketlərdən dərman almağa ehtiyac yoxdur.

Evin küncündə, ya da dörd bir tərəfində qarışqalarla bacarmaqda çətinlik çəkirsinizsə, aşağıda yazılana əməl etməyiniz tövsiyyə olunur.

Böcəklərə qarşı apteklərdən ya da marketlərdən dərman almağa ehtiyac yoxdur. Öz qoxusuyla qarışqaları evdən uzaqlaşdıran məhlulu siz də asanca hazırlaya bilərsiniz.

Bunun üçün nə etməli?

Stəkanın 1/4-i qədər alma sirkəsini su ilə birlikdə bir sprey şüşəsinə tökün, üzərinə də 2-3 damcı qərənfil yağı əlavə edin. Portağalın qabıqlarını soyub onu da şüşənin içinə yerləşdirin. Daha sonra şüşəni çalxalayın. Alınan məhlulu evdə qarışqaların çıxdığı hər küncə-bucağa astaca tökün. Böcəklər və qarışqalar həmin iyin hesabına evdən uzaqlaşacaqlar.

Nəticəsi alınanadək bunu hərgün edin. Birdəfəlik nəticəsini siz də görəcəksiniz.