Meksika prezidenti kasıblara kömək etmək üçün evini satır

0
298

Meksika prezidenti Andres Manuel Lopes Obrador ölkə başçısı üçün nəzərdə tutulmuş istirahət evinin satılacağını bəyan edib.

bildirib ki, Kintano-Roo ştatındakı Kosumel adasında yerləşən evin satışından əldə olunan pullar həmin ştatın kasıblarına xərclənəcək.

Bazar günü Meksikada narkotacirlərin hərraca çıxarılmış evlərinin satışı baş tutub. Hərraca çıxarılan 27 evdən 9-u satılıb və bu dövlətə 3 milyon dollar gəlir gətirib.