Kiyevdə içərisində üç nəfərin olduğu təyyarə yoxa çıxdı

0
643
Ukraynanın paytaxtı Kiyevdə göyərtəsində üç nəfərin olduğu təyyarə yoxa çıxıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin vilayət idarəsinin mətbuat katibi Viktoriya Ruban məlumat yayıb.
Məlumata görə, təyyarə “Çayka” hava klubuna məxsusdur. Hadisənin detalları araşdırılır.
Bəzi məlumatlara görə təyyarə Jitomir şossesində “Svyatoşin” idman bazasının yaxınlığında qəzaya uğrayıb.