İran ABŞ-a məxsus PUA vurduğunu açıqladı

0
223
İran ölkənin cənubunda yerləşən Hormozqan əyalətində Amerikaya məxsus pilotsuz uçan aparat vurub.

TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatına istinadən Press TV məlumat yayıb.

Cümə axşamı səhər dərc olunan bəyanatda bildirilir ki, Amerikanın İranın hava sərhədlərini pozan “Global Hawk” pilotsuz aparatı İİKK hərbi-hava qüvvələri tərəfindən Hormozqan əyalətinin Kuxe Mübarək rayonu üzərində vurulub.

ABŞ hərbi komandanlığı İran üzərində onlara məxsus hər hansı pilotsuz uçuş aparatının uçmadığını bəyan edib.