İrəvan rus bazarlarında əsgər axtarır: Boş qalan səngərləri doldurmaq üçün…

0
324

Son vaxtlar Ermənistan ordusunda yaşanan əsgər qıtlığı rəsmi İrəvanı qeyri-adi və bir-birindən  əcaib üsullara əl atmağa vadar edir.

Bir neçə aydır ki, təmas xəttində vəziyyətin gərginliyi Ermənistan ordusu üçün ənənəvi olan bu problemi yenidən aktuallaşdırıb. Belə ki, boş qalan səngərləri orduya yararlı olub-olmamasından asılı olmayaraq əsgərlə doldurmağa çalışan rəsmi İrəvan, prosesə xarici ölkələrdə yaşayan ermənilərin cəlb etməyə çalışır. Belə ki, uzun illərdir ki, müxtəlif ölkələrdə, xüsusilə də Rusiyada yaşayan gənc erməniləri orduya çağıran İrəvan bu çağırışa əməl etməyən şəxslərin cəzalandırmaqla qorxudur.

Məlumata görə, Ermənistanın xaricdə yaşayan ermənilərlə bu cür  davranışı Rusiyadakı ermənilər arasında ciddi narazılığa səbəb olmaqdadır. Sadə ermənilər hesab edir ki, bir parça çörəyi onlara çox görən Ermənistan rəhbərliyinin nicat üçün xarici ölkələrə üz tutan erməniləri bu formada təqib etməsi tamamilə yolverilməzdir və bu, İrəvanın onun onsuz da yüksək olmayan nüfuzunu daha da aşağı salır. Sıravi ermənilərin qənaətincə, İrəvan rus bazarlarında əsgər axtarışına çıxınca, Ermənistanda yaşayan vətəndaşların sosial rifahını yüksəltməli, insanların ölkələrindən baş götürüb qaçmasının qarşısını onların sosial durumunu yüksəltməklə almalıdır.