İnsan alverindən zərər çəkənlərlə bağlı qərar imzalandı

0
629

Nazirlər Kabineti “İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” 2006-cı il 17 iyun tarixli qərara dəyişiklik edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 400 manat məbləğində müavinət 700 manata qədər artırılıb.