İNK rəhbərindən başsağlığı

0
305

İctimai Nəzarət Koalisiyasının İdarə Heyyətinin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I Vitse prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri ictimai xadim Rasim Məmmədov Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə əlaqədar onun ailəsinə və bütün yaxınlarına, sevənlərinə dərin hüznlə başsağlığı vermişdir.

O bildirmişdir: “Türk dünyasının birliyi uğrunda, Azərbaycan dövlətinin və xalqının istiqlaliyyəti, xoşbəxt gələcəyi naminə ömrünü həsr etmiş dəyərli bir şəxsiyyətin xanımı siyasi proseslərin diqqət mərkəzindən kənarda qalmaq istəməsi, sonsuz vüqarı və həyat yoldaşının bütün çətin və ağır məqamlarında yanında olması, ona mənəvi dəstəyini əsirgəməməsi ilə xalqımızın qürur mənbələrindən birinə çevrilmişdir. Mərhumun ailəsinə və xalqıma səbr diləyirəm”.