Həftə sonunun yol terroru:11 nəfər ölüb

0
339
Ötən həftənin son iki günü ərzində qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları 2 gün ərzində törədilən 35 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 10 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.