Filadelfiya limanında gəmidə 16,5 ton kokain aşkar edilib

0
229

ABŞ-ın Pensilvaniya ştatının prokurorluğu Filadelfiya limanında bir milyard dollar dəyərində təxminən 16,5 ton kokainin götürülməsi barədə xəbər verib.

Həmin külli miqdarda narkotik vasitə “Packer Marine” limanında aşkar edilib.

Qeyd edilir ki, götürülmüş kokainin “qara” bazarındakı dəyəri bir milyard dollardan çox ola bilər.

Prokurorluğun məlumatına görə, gəmi ekipajı artıq saxlanılıb, onlara qarşı ittiham irəli sürülüb.

Prokurorluq hadisəni araşdırır.