Etirazçılar 3 saat vaxt verdi… – Canlı

0
241

Gürcüstan müxalifəti yenidən Tiflisdəki parlament binası qarşısında aksiya keçirməyə hazırlaşır.

Bunu Avropa Gürcüstanı Partiyasının liderlərindən biri Giqa Bokeriya deyib.

“Aksiya tam dinc xarakter daşıyacaq və saat 19:00-da start götürəcək. Baş verənlərdən sonra prosesi dayandırmaq mümkün deyil”, – deyə o bildirib.

Qeyd edək ki, dünəndən Gürcüstanda parlament qarşısında etirazlar başlayıb. Etirazçılar spikerin, DİN və təhlükəsizlik xidməti rəhbərlərinin istefasını tələb ediblər.

Dünən etirazçıların parlamentin binasını ələ keçirmək istəməsi polislə toqquşmanın yaşanmasına səbəb olub. Nəticədə onlarla adam xəsarət alıb.

Gürcüstan parlamentinin deputatları və parlament aparatının əməkdaşları qanunverici orqanın binasını tərk ediblər.

Bu barədə deputatlara və əməkdaşlara Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. Parlamentdəki jurnalistlər də binadan çıxarılıb.

Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası isə yenidən başlayıb.

Aksiyaçılar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.

Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər.

Aldığımız məlumata görə Parlament binası qarşısında etiraz aksiyası davam edir. Parlamentin daxilində xüsusi təyinatlılar görünüb.