Çində sərxoş adam avtomobili kütlənin üzərinə sürdü: ölənlər var

0
247
Çində sərxoş adamın avtomobili kütlənin üzərinə sürməsi nəticəsində dörd nəfər ölüb, on nəfərdən artıq isə xəsarət alıb.
Bu barədə “RİA Novosti” yerli polisə istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hadisə Çinin Yuyan qəzasında gecə saatlarında baş verib. Belə ki, 42 yaşlı yerli sakin içkili halda sükan arxasına əyləşərək avtomobili dar küçə ilə sürməyə başlayıb. O, yolda bir neçə avtomobilə çırpılıb və qarşısına çıxan 20-yə yaxın insanı vurub.
Şahidlər polisə zəng etdikdən sonra hadisəni törədən saxlanılıb.
Həmin adamın insanları qəsdən vurduğu, ya da sərxoş olduğu üçün onları görmədiyi hələ məlum deyil.