“Çernobıl” serialının uğurundan sonra Litvaya turist axını başlayıb

0
254

HBO kanalının istehsalı olan və Litvadakı “İqnalinsk” Atom Elektrik Stansiyasında (AES) çəkilmiş “Çernobıl” serialının dünyadakı uğurundan sonra bu əraziyə turist axını başlayıb.

AZƏRTAC xəbər verir ki, bəzi turistlər hələ də faciənin yaşandığı Pripyat şəhərinə getsələr də, daha çoxu hazırda “Çernobıl”ın tam kopiyası olan “İqnalinsk” AES-i ziyarət edir.

Vilnüsdən 90 dəqiqəlik uzaqlıqda olan “İqnalinsk” AES-ə xüsusi avtobus marşrutları təşkil olunub. Turistlər 100 funtsterlinqə giriş bileti alaraq xüsusi geyimlərdə zavodun ərazisini, həmçinin reaktor, turbin və idarə blokunu gəzə bilərlər. Gündə 15 nəfərin daxil olmasına icazə verilən zavodu gəzmək üçün azı 2 ay əvvəldən bilet almaq lazımdır.

Qeyd edək ki, “İqnalinsk” 2038-ci ilədək tədricən istifadədən çıxarılacaq. Hazırda isə stansiyada 2 min insan çalışır.