Cəbhədə erməni əsgər öldürüldü

0
335

Ermənistan ordusunun hərbi qulluqçusu 19 yaşlı Sipan Melkonyan qoşunların təmas xəttində aldığı güllə yarasından ölüb.

Bu barədə erməni KİV məlumat yayıb.

Hadisə dünən səhər saat 07:30-da baş verib.

Xatırladaq ki, mayın 30-da erməni snayperinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun mayoru Aqil Omarov şəhid olmuşdu.