Bu şəhərin altında 3 min bomba var – Həyəcan təbili

0
269

Almaniyanın paytaxtı Berlində torpağın altında 3 mindən çox bomba var.

Bu barədə həyəcan təbili çalan mütəxəssislər bombaların İkinci Dünya müharibəsindən qaldığını açıqlayıblar.

Onlar bildiriblər ki, Antihitler Koalisiyasının savaş əsnasında atdığı bombaların bəziləri torpağa batıb və partlamayıb. Sonradan sakinlər bu yerlərdə müxtəlif obyektlər, yaşayış evləri tikiblər.

Şəhərdə bu vaxta qədər 7 mindən çox partlamamış bombanın tapıldığı qeyd edilib.