Bakıda üç məzun dənizdə boğuldu – YENİLƏNİB

0
202

Buzovna çimərliyində boğulan 3 məzunun adları məlum olub.

Boğulma təhlükəsi ilə üzləşənlər – Bakı şəhər Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakinləri 2001-ci il təvəllüdlü Həsənov Elvin İlqar oğlu və 2002-ci il təvəllüdlü Dadaşov Orxan Elçin oğludur. Onların həyatını xilas etmək mümkün olub.

Xilasedicilərin axtarışları nəticəsində isə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Səmədov Rəhim Rasim oğlunun cəsədi batdığı yerdən 150 metr aralıda tapılıb.