Bəhramı metrodan qovdular – Video

0
397

“Planet Parni iz Baku” komandasının üzvləri xalq artisti Nazpəri Dostəliyevanın “Sənətkar metroya, avtobusa minməz” sözlərinə dərhal reaksiya verib.

Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadənin iştirakı ilə video-çarx hazırlanıb.

Videoda B.Bağırzadənin sənətkar olduğu üçün metroya buraxılmadığı əks olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti Nazpəri Dostəliyeva ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində ictimai nəqliyyatın sənətkar üçün olmadığını demişdi.