Azərbaycanda AĞIR QƏZA: ölən var

0
670
Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 23-də gecə saatlarında Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub.
Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ötən gecə Q.Nəbiyev dünyasının dəyişib.