Almaniya ərəblərə milyardlıq silah satdı

0
453

Almaniya Yaxın Şərq və Şimali Afrika ölkələrinə fəal şəkildə silah satmağa davam edir.

Bu barədə DPA nəşri Almaniyanın Maliyyə Nazirliyinin gizli məlumatlarına əsasən yazıb.

Məlumata görə, 2019-cu ildə nazirlik Misir və BƏƏ ilə 56 müqaviləni təsdiqləyib. Misir Almaniyadan 801.8 milyon avro, BƏƏ isə 206.1 milyon avro dəyərində hərbi təyinatlı mal alıb. Bundan əlavə Səudiyyə Ərəbistanı da Almaniyadan 831 min avro dəyərində zirehli avtomobillər alacaq.

Qeyd edək ki, Almaniya müharibədə iştirak edən tərəflərə silah satmır. Alman hökuməti Camal Qaşıqıçının ölümü ilə bağlı Ər-Riyada silah satışına məhdudiyyət tətbiq etmişdi.