24 il əvvəl 1 yaşında oxumuşdu, dünən isə toyunda – Aygünə sürpriz

0
283

Ötən gün Bakının məşhur restoranlarının birində baş tutan toy məclisində Xalq artisti Aygün Kazımovaya sürpriz edilib. Belə ki, sənətçi çıxış edərkən onun 24 il əvvəlki görüntüləri monitorda göstərilib. 

Tədbirin aparıcısı İlkin Həsəni qeyd edib ki, A. Kazımova bəyin 1 yaşında da çıxış edib: “Aygün Kazımova 24 il əvvəl bu ailənin məclisində iştirak edib. İndi isə Aygün xanım Qüdrətin toyunda çıxış etdi”.

Sözügedən görüntüləri fotoqraf Orxan Rəhmanlı lentə alaraq instaqram səhifəsində paylaşıb.