197 uşaq bioloji ailələrinə və qohumlarına qaytarılıb

0
238
Son 5 il ərzində 197 uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası dövründə 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi ləğv edilib.

Məlumatda qeyd edilib ki, yerlərdə xüsusi (inteqrasiyalı) təhsilin təşkili məqsədilə 17 ümumtəhsil internat məktəbi inteqrasiya təlimli gimnaziyalara çevrilib.

“Dövlət uşaq müəssisələrində yaşayan uşaqlar ilə bağlı məlumatlar toplanaraq üç aydan bir məlumat bazasına daxil edilir və təhlil olunaraq nəticələrlə bağlı hesabatlar hazırlanır”.