JURNALIST FUAD ABBASOV ACLIQ AKSIYASINA BAŞLADI

0
233
Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov bu gün Azərbaycana göndərilməli idi. Bu barədə jurnalistin vəkili Teyyub Şərifov dünən məlumat yaymışdı. Vəkilin sözlərinə görə, artıq F. Abbasovun öz hesabına təyyarəyə bilet alınıb və jurnalist bu gün məcburi qaydada Azərbaycana yola salınacaq. Bununla belə, dünən onun ölkədən deportasiya edilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə də baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsi deportasiya barədə qərarı qüvvədə saxlayıb.
Dünən axşam saatlarında “Təzadlar”a Fuad Abbasovun səs yazısı göndərilib. Fuad Abbasov səs yazısında bildirir ki, onu aeroporta gətiərkən birdən-birə geri qaytarıb yenidən müvəqqəti saxlama yerinə təhvil veriblər. Bir müddət sonra isə onu yenidən aeroporta aparıblar, lakin yenə də onu aeroporta buraxmadan geriyə qaytarıblar :“Məhkəmə icraçıları məni nə Bakıya uçmağa buraxırlar, nə də evimə qayıtmağa… Bu isə tamamilə qanunsuz hərəkətdir. Axı məhkəmə apellyasiya şikayətimizi təmin etməyib və mənim Bakıya deportasiya edilməyim barədə qərar verib. Elə isə məni yenidən geriyə niyə qaytarıblar. Buna aydınlıq gətirilməlidir ki, nə baş verir… Ona görə də mən insan və jurnalist huquqlarımın ciddi şəkildə pozulmasına görə aclıq aksiyasına başlayıram…”.
Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.
Azad.
Tezadlar.az