Ərəbistanda “halal gecə klubu” açılıb

0
368

Sosial şəbəkələrdə Ərəbistanın ikinci ən böyük şəhəri Ciddədə, içkinin, 18 yaşından kiçiklərin girməsinin və telefonla çəkiliş etməyin qadağan edildiyi “halal gecə klubu”nun açıldığına dair kadrlar yayılıb.
Sözügedən kadrlar ictimaiyyət tərəfindən qərəzli qarşılanıb. Bir çox tanınmış şəxs elə sosial şəbəkələrdən bu addıma öz etirazlarını bildirib.
“Halal gecə klubu”nun Dubayda yerləşən “White Dubai” (Ağ Dubay) adlı gecə klubu tərəfindən təşkil edildiyi bildirilir.