“Zagulba Mall”da yananların sayı artıb- FOTO

0
309

Bakının Buzovna qəsəbəsində yerləşən “Zagulba Mall” ticarət mərkəzində yanğın baş verib.

Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Bakıda ticarət mərkəzində baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb.

Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.