Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği

0
323

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci il birinci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin həyata keçirdiyi “Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği” layihəsinə başlanılıb.

55 milyonluq dünya Azərbaycanlılarının böyük əksəriyyəti xarici ölkələrdə yaşayırlar və onların da arasında müasir söz sənəti nümunələrini yaradanlar, diaspor – mühacir ədəbiyyatının istedadlı nümayəndələrinin düşüncə məhsulları, əsərləri hələ də tanınmır, lazımınca yayılmayıb. Layihə İnternet və virtual imkanlardan yararlanaraq milli diaspor ədəbiyyatını Azərbaycanı birləşdirən kulturoloji-ədəbi model kimi izləyir, e-kitblarla humanitar düşüncəmizin bu istiqamətinin araşdırılması, tədqiqi, populyarlaşmasını dəstəkləyir. Qonşu Rusiya, Gürcüstan, İran, Türkiyədə kompakt halda yaşayan soydaşlarımızın milli kitablara, anadilli nəşr məhsullarına tələbatını nəzərə alıb elektron kitab, onlayn-oflayn e-kitab satışı, virtual kitab mağazası, elektron kitabxana kimi yeni kulturoloji modellərin ölkəmizdə inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəkləyən layhə milli diaspor ədəbiyyatı istiqamətində yeni prespektivlərin açılmasına yönəldilib. Milli diaspor ədəbiyyatının dünya azərbaycanlılarını sağlam kulturoloji platformada birləşməsi üçün əhəmiyyəti böyükdür.

Layihə sosial-humanitar, mənəvi-ədəbi hərəkata start verməklə, Azərbaycan cəmiyyətində get-gedə zəifləyən milli-mənəvi, vətənpərvərlik dəyərlərinin güclənməsi,

inkişaf etdirilməsi, modernləşdirilməsi istiqamətində real və virtual mədəni-ictimai istiqamətlərdə fəaliyyət növlərini həyat keçirməklə sadalanan halları nisbətən zəiflətməyi qarşısına məqsəd qoyub.

Layihə icraçıları olaraq qarşıya qoyuan məqsədləri həyata keçirmək üçün aşağıdakı vəzifələr müəyyənləşdirilib: 1. Yeni dövrünün texnologiyalarından və elektron alətlərindən bəhrələnərək uyğun olaraq, xarici ölkələrdə və respublikamızda yaşayan Azərbaycan yazıçılarının ədəbi-bədii, kulturoloji-mədəni, milli-mənəvi, ideoloji-təbliğatı materialların yaradılmasına stimul veriləcək: bütöv Azərbaycan mövzusunda yeni ədəbiyyat nümunələri yazılacaq. O dəyərlərinin informasiya resurslarında tanıdılması və yayılması əsas nəticələrdən sayıla bilər. Diaspor yazıçı və şairlər tərəfindən müxtəlif formatlı materialların hazırlanmasına təkan veriləcək və bunların e-resurslarında, müxtəlif sosial şəbəkələrdə yayımı təşkil ediləcək.

2. Nüfuzlu diaspor qələm adamları – yazarlar ilə real və virtual Azərbaycan oxucusu arasında mənəvi dəyərlər, ədəbiyyat mövzusunda şəbəkə görüşləri təşkil olunacaq. Hazırlanmış materialların elektron formalı ədəbi-kütləvi kitab formasında nəşrə hazırlanacaq, İnternetdə yerləşdiriləcək və istifadə üçün açıq yayımlanacaq;

3. Milli diaspor ədəbiyyatı ilə əlaqədar İnternet və sosial mediada ayrıca elektron resurslar yaradılması nəzərdə tutulur. Feysbuk səhifəsi təşkil edilməsi, hazırlanacaq materialların orada yerləşdirməklə gənclər və dünyada yaşayan soydaşlarımız arasında Vətənə, ana dilimizə-ədəbiyyatımıza, humanitar estetik düşüncəmizə sayğı-sevgi hisslərinin güclənməsinə təkan verəcək müxtəlif real-virtual aksiyalar, müzakirələr təşkil olunacaq;

4. Layihənin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV mərkəzlərində, ali məktəblərdə, elmi mərkəzlərdə və s. Azərbaycan diaspor ədəbiyyatının qorunması, inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadilələri, diskussiyalar aparılacaq, görüş və tanıtım məclisləri keçiriləcək.

Azərbaycan diaspor ədəbiyyatını yaradanlar, ədəbiyyat üzrə mütəxəssislər, pedaqoqlar, sosioloqlar, yeniyetmələr, gənclər, tələbələr, əsgərlər, yazıçı və publisitlər, yazılı və elektron KİV nümayəndələri, bloqer və İnternet – sosial media, qlobal şəbəkə istifadəçiləri. Layihə diaspor ədəbiyyatın müxtəlif istiqamətlərində istedadlarını ortaya qoyan yazıçılarımız, şairlərimiz, dramaturqlarımız, tərcüməçilərimiz, tənqidçilərimiz, esseistlərimiz, eyni zamanda, onlarla əlaqəli fəaliyyət göstərən naşirlərimiz, mətbəəçilərimiz, kitab yayımçılarımız, kitabxanaçılarımız və e-kitabla bağlı İKT mütəxəssisləri, eləcə də oxucuları, tələbə və gəncləri əhatələyir.

Layihənin təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycan milli-mənəvi dəyərlərinin, diaspor ədəbiyyatımızın geniş yayılmasına səbəb olacaq”.

YYSİB Analitik-İnformasiya Bölümü

Xaricdə yaşayan azərbaycanlı yazıçıların əsərlərinin təbliği