Üç milyon avropalıya pulsuz ingilis pasportu verilə bilər

0
241

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının rəhbərliyinə və Baş nazir postuna namizəd Maykl Qov İngiltərədə yaşayan avropalı vətəndaşlara Britaniya vətəndaşı olmağı təklif edib.

Maykl Qov baş nazir olacağı təqdirdə 3 milyon Avropa vətəndaşına pulsuz ingilis pasportu təqdim edəcəyini açıqlayıb.

Bu təklif 2016-ci ilin iyun ayındakı referendumundan sonra İngiltərədə yaşayan Avropa vətəndaşlarına aiddir.