Təyyarə dənizə düşdü: ölənlər var

0
200

Hondurasın Roatan adası sahillərində özəl təyyarə qəzaya uğrayıb.

Təyyarə hava qalxdıqdan bir qədər sonra dənizə düşüb.

Bildirilir ki, qəza nəticəsində 5 xarici ölkələrdən olan turist həlak olub.

Ölkənin Silahlı Qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada həlak olanlardan 4-ü ABŞ vətəndaşıdır, lakin yerli hakimiyyət orqanları qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirir.

Qəzanın səbəbi məlum deyil.