SOCAR Rusiya zavodunun alınması ilə bağlı danışıqlar aparır

0
334

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiyadakı “Antipinsk” neft emalı zavodunun alınması ilə bağlı danışıqlar aparılır.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

O bildirib ki, SOCAR-ın “Antipinsk” zavoduna marağı var.

“Danışıqlar aparılır, ancaq hələlik konkret nəticə əldə olunmayıb. Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır”, – R.Abdullayev əlavə edib.