Rasim Məmmədov elmi konfransda

0
470

Mayın 7-də Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı X Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.

Nüfuzlu yerli və xarici ölkə alimlərinin, ictimai xadimlərin, Milli Məclisin üzvlərinin və pedaqoqlarla tələbələrin iştirak etdiyi mötəbər elmi məclisdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin birinci vitse prezidenti, İctimai Nəzarət Koalisiyası İB-nin sədri, Sabitlik və İnkişaf Mərkəzi İB-nin rəhbəri Rasim Məmmədov Beynəlxalq Elmi Konfranda iştirakına görə sertifikatla təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ictimai nəzarətin vacibliyini vurğulayandan sonra 1 oktyabr 2015-ci ildə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB, Sabitlik və İnkişaf Mərkəzi İB və daha 9 qurum tərəfindən təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində, məmur özbaşnalığı və korrupsiyaya qarşı aparılan dövlət səviyyəli mübarizədə, dövlət qurumları, məhkəmə, biznes strukturları ilə vətəndaşlar arasındakı münaqişələrin aradan qaldırılmasında önəmli rol oynamağa başlamışdır. İNK – DAMM İB MDB ölkələrində və Türkiyədə fəaliyyət göstərən nümayəndəliklərlə yanaşı, respublikamızdakı 105 QHT, ictimai birlik, yazılı və elektron KİV-ləri, İnternet TV və saytları özündə birləşdirərək, cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin yaxından iştirakına yardımçı olmaqla, ölkədə və beynəlxalq aləmdə Azərbaycanın həqiqətlərini, dövlətçilik nailiyyətlərini, ictimai-sosial, mədəni səviyyəsini, demokratik dəyərlərini ardıcıl təbliğ edir.
DAMMİB, YYSİB, SİMİB İNK və bu iri platformanın sıralarında birləşən təşkilatlar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla bağlı həm respublikamızda, həm də xaricdə müxtəlif mötəbər tədbirlərini gerçəkləşdirir və layihələr həyata keçirir. Beynəlxalq aləmdə fəaliyyətimiz, yaradıcısı xalq şairi Söhrab Tahir olan, hazırda isə Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyaşöhrətli, xalq yazıçısı Çingiz Abdullayevin rəhbərlik etdiyi Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən aparılır. DAMM İB-nin 23 illik geniş fəaliyyəti ölkə ictimaiyyəti arasında və beynəlxalq aləmdə hər zaman maraqla qarşılanıb. Bunu həyata keçirilən layihələr, çoxistiqamətli fəaliyyət və milli diaspor siyasətinə verilən dəstək sübut etmişdir.

“İctimaixeber.az”