Qanunun həqiqi anı

0
424

Qanun şahdır. Mütləq şah. Ədalətin şahı.
Cəmiyyətdə baş verən iqtisadi, ictimai-siyasi, milli-tarixi, psixoloji proseslər qanunun və qanunçuluğun bərqərar olunmasına birbaşa təsir edir. Müsbət, ya mənfi. Bu əsasla qanunun işləyən və işləməyən zamanı ortaya çıxır. Qanunlara ,,əlavə,, olan, qanunları korporativ maraqlara tərəf əyən struktur əmrlər, göstərişlər, sərəncamlar, təlimatlar, bəzi rəhbərlərin inkar edilməz ,,xarizmatik,, məsləhət və tələbləri, hüquqi marifləndirmədən kənar qalan sadə insanları mənəvi sıxıntılara və maliyyə cəzalarına məruz qoyur, yaşadığımız məkanda qanunsuzluq təsuratı yaradır.
Bir əhvalat…
Bir zaman xalq hərakatının bəzi emosional təzahürlərindən bəhrələnən cinayətkar ünsürlər qanunları kütləvi pozaraq cəzasızlıq mühitində tam azqınlıq edirdilər. Cinayət törətmiş dostlarını polisə zor tətbiq edərək həbsdən azad edirdilər. Naxçıvanda belə halların baş verməsi barədə məlumat alan Ali Məclisin Sədri Heydər Əliyev polis rəisinə sual edir:
– Qanunu pozan, cinayət edən adamları niyə saxlayıb məsuliyyətə cəlb etmirsiniz?
– Tabe olmurlar, basqın edib həbs etdiyimiz cinayətkarı polisdən qaçırırlar, – etiraf edir rəis.
Heydər Əliyev təmkinlə:
– Cinayətkarı məsuliyyətə cəlb edə bilmirsiniz. Bəs cinayət hadisəsini niyə qeydə almırsınız?
Bütün hüquq pozuntularını, cinayət hadisələrini dəqiq sənədləşdirin. Hər cinayətə görə məsuliyyət və cəza vaxtı gələcək.
Vaxtı gəldi, azqınlar getdi içəri.
İndi yenə azqınlar ordusu artıb. Qalstuklu azqınlar. Dövlətçilik qanmayan azqınlar.
İndiki azqınların, puluna, vəzifəsinə görə məsuliyyətdən yayınanların, insanların qanunu haqlarını pozaraq dövlətimizi sarsıdanların, millətimizin qüruruna təcavüz edənlərin cəza vaxtı gələcək. Yetər ki, Prezidentin, hər birimizə müraciətini, xalq olaraq, dərk edib, istənilən qanunsuzluq faktına görə barışmaz mövqedə olaq. Yan keçməyin. Bu Ölkə, Bu Dövlət Kostitusiya Qanununa əsasən S İ Z İ N D İ R. Hüquqlar uğrunda mübarizə olmasa, ədalət zəfər çalmaz.

İctimai Nəzarət Koalisiyasının Hərbi və Hüquq-mühafizə Qurumlarına İctimai Nəzarət Departamentinin rəhbəri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ehtiyyatda olan zabiti Zahid Teymurov.