Moskvada təyyarə qəzasının baş vermə səbəbi açıqlandı

0
263

Moskvanın “Şeremetyevo” aeroportunda SSJ-100 sərnişin təyyarəsinin qəzaya uğrama səbəbinin prioritet versiyası ildırımın düşməsinə görə texnikanın siqnallara cavab verməməsidir.

Əsas versiyaya əsasən, ekipaj təqribən 2 kilometr hündürlükdə ildırım düşməsinə, eləcə də radio əlaqənin və digər elektronikanın işləmənəsinə görə qəza siqnalı verib. Bundan sonra təyyarə sərt eniş edərək 4 dəfə zolağa dəyib.

Dördüncü zərbədən sonra şassinin dirəklərindən biri dağılıb, onun detalları çox güman ki, mühərrikə düşüb və o alovlanıb. Təyyarə tam yanacaq bakları ilıə qəza enişi edib. Ekipaj radio əlaqəni itirdiyinə görə bakı tullamaq üçün manevr edə bilməyib. Son məlumata görə aviaqəzada 40 nəfər ölüb.